"Vest Hem" hücumçusu Maykl Antonio ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı İngiltərə klubunun mətbuat xidməti yayıb.
35 yaşlı hücumçu ilə başa çatan müqavilə yenilənməyib. "Çəkicdöyənlər" 2024-ci ilin dekabrında keçirdiyi avtoqəzada ciddi xəsarətlər alan futbolçuya bərpa prosesində dəstək və kömək göstərməyə davam edəcəklərini də açıqlayıblar. Ona klubda iş verilməsi planlaşdırılıb.
Qeyd edək ki, 2015-ci ildən "Vest Hem"in formasını geyinən Maykl komandanın heyətində ümumilikdə 323 matça çıxaraq 83 qolla yadda qalıb.