RU

“Şamaxı” “Zirə” ilə yoxlama oyunu keçirəcək

Premyer Liqada 2025/2026-cı illər mövsümünə hazırlaşan “Şamaxı” yay təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək.

Arena.az əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda avqustun 9-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Zirə”ylə qarşılaşacaq.

Oyuna saat 17:45-də start veriləcək.

Xatırladaq ki, “Şamaxı” həmin gün “İmişli” ilə yoxlama oyunu keçirməyi planlaşdırmışdı. Lakin Premyer Liqanın yeni təmsilçisi Şamaxıya getmək istəmədiyi üçün, bu görüş ləğv edilmişdi.

Ayxan Abbasov yetirmələrini daha öncə “Qəbələ” (1:2), “Karvan” (2:0) və “Kəpəz”lə (6:1) görüşlərdə də sınaqdan keçirmişdi.

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil etsə də, mübarizəni erkən dayandırmış “Zirə” isə çempionatın startına qədər daha bir yoxlama oyunu keçirməyi üstün tutub.

Избранный
28
44
arena.az

10Источники