RU

TENDER: Sanitariya və gigiyena xidmətlərinin satınalınması

Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzi sanitariya və gigiyena xidmətlərinin satın alınması ilə bağlı tender elan edib.

Satınalmanın ümumi məbləği 2.990,91 manat təşkil edir. Tender çərçivəsində mərkəzin 8.000 kvadratmetr sahəsində ildə iki dəfə deratizasiya, dezinseksiya və dezinfeksiya xidmətlərinin göstərilməsi, eləcə də ümumi həcmi 133 kubmetr olan iki su anbarının ildə bir dəfə təmizlənməsi və dezinfeksiyası planlaşdırılır.

Müsabiqədə iştirak etmək istəyənlər təkliflərini 21 avqust 2025-ci il saat 17:00-dək təqdim etməlidirlər. Həmin tarixdə eyni saatda tender zərflərinin açılışı da baş tutacaq.

İştirak üçün 10 manat iştirak haqqı və 25 manat istifadə haqqı ödənilməsi tələb olunur. Qeyd olunan ödənişlər geri qaytarılmır.

Əlavə məlumat üçün satınalma üzrə mütəxəssis Ramil Kamilli ilə [[email protected]](mailto:[email protected]) elektron poçt ünvanı və ya +994 50 434 71 40 nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.

Избранный
7
fins.az

1Источники