RU

Tayvan sahillərində zəlzələ baş verib

Tayvan adasının şərqində 5.9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.

Məlumata görə, zəlzələnin episentri Kilun şəhərindən 140 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 105 km dərinlikdə olub.

İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Избранный
85
4
7news.az

7Источники