Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla mümkün görüşün Birləşmiş Ərəb Əmirliklərində – xüsusilə Dubayda baş tuta biləcəyini açıqlayıb.
Referans xəbər verir ki, o, bu fikri Moskva mətbuatına verdiyi açıqlamada səsləndirib.
“BƏƏ bu cür yüksək səviyyəli diplomatik görüşlər üçün çox münasib və neytral məkanlardan biridir. Trampla görüşün orada keçirilməsi tam məntiqlidir”, – deyə Putin bildirib.
Amma Kremlin sahibi Zelenski ilə eyni masa arxasına keçmək fikrindən hələlik uzaq görünür. Sual verildikdə, Rusiya prezidenti açıq şəkildə bildirib:
“Belə bir görüş üçün müəyyən şərtlər formalaşmalıdır, lakin bu şərtlərə hələ çox var.”
Bu ifadə Kreml diplomatiyasının Zelenskini hələ də legitim tərəfdaş kimi tanımaq istəmədiyini, yaxud görüşün yalnız Moskvanın diktəsi ilə baş tuta biləcəyini göstərir.
Musavat.com-dan şərh: Trampın təşəbbüsü ilə Vaşinqtonda baş tutması planlaşdırılan Paşinyan–Əliyev görüşü, eləcə də Zəngəzur dəhlizinin beynəlmiləlləşdirilməsi istiqamətində gedən proseslər Putin üçün ciddi narahatlıq doğurur. Onun Trampla görüşə razı olması, lakin Zelenskinin adını “şərtsiz qəbul etməməsi” Rusiya diplomatiyasının seçmə yanaşma ilə hərəkət etdiyini göstərir.
Bu fonda Dubayın diplomatik platforma kimi seçilməsi də simvolik görünür: neytral, lakin Qərblə isti münasibətləri olan bir region, Rusiya üçün son manevr meydanı ola bilər.
Sonda isə əsas mesaj budur:
Putin Trampın oyununa daxil olmaq istəyir, amma Zelenskinin varlığı hələ də onun üçün narahatlıq doğurur. Yəni Kreml üçün “sülh oyunu” var – amma şərtləri Moskvadan yazılmayanda, tərəfdaşları da seçməyə çalışır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта