RU

Ehsan verilməsi dayandırılan rayonlar SİYAHI

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son zamanlar cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biri də yas mərasimlərində ehsan verilməsidir. 

Məhz bu müzakirələrin fonunda Azərbaycanın bir sıra rayon və kəndlərində yas mərasimlərində ehsan verilməsi dayandırılıb. 

Qərarın əsas məqsədi mərasimləri israfçılıqdan uzaqlaşdırmaq, sosial bərabərliyi qorumaq və ailələrin əlavə maddi yük altına düşməsinin qarşısını almaqdır.

Yerli icra hakimiyyətlərinin, din xadimlərinin və ağsaqqalların iştirakı ilə qəbul olunan bu qərara əsasən, yas mərasimlərində yalnız çay süfrəsi verilməsi tövsiyə olunur.

"Cebheinfo.az" yas mərasimlərində ehsan süfrəsinin ləğv edildiyi rayonları sıralayıb.

*Belə ki, Ağsu rayonunda ehsan süfrəsinin ləğvi ilə bağlı təşəbbüs 2023-cü ilin dekabr ayında rayonun icra hakimiyyətinin başçısı Rövşən Bağırov tərəfindən başlanmışdır. 

*Biləsuvar rayonu və kəndlərində də yas mərasimlərində ehsan verilməsi dayandırılıb.

*Sabirabad şəhəri və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan süfrələrinin təşkilinə son verilib.

*Saatlı rayonu və kəndlərində də yas mərasimlərində ehsan verilməsi ləvğ edilib. 

*Kürdəmir rayonunda da artıq yas məclislərində ehsan süfrələri qurulmur.

*Quba rayonunda da yas mərasimlərində dəbdəbəli ehsan verilməsi dayandırılıb.

*Bundan başqa, Samux, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində də yas mərasimlərində ehsan verilməsinin dayandırıldığı bildirilir.

Qeyd edək ki, rayonlarda ehsan süfrələrinin təşkili dayandırılsa da, paytaxt Bakı şəhərində bu ənənə hələ də davam etdirilir və bir çox hallarda dəbdəbəli süfrələr qurulur.

Bakıda yas mərasimlərində yalnız çay süfrəsi ilə kifayətlənmək hər zaman mümkün olmur. Çünki bəzən uzaqdan gələn qohumların olması səbəbindən əlavə yemək də təqdim edilir.

Bundan başqa, bəzi ailələr “el içində ayıb olmasın” düşüncəsi ilə, maliyyə imkanları məhdud olsa belə, dəbdəbəli ehsan süfrəsi verməyə çalışırlar.

Rayonlarda ehsanın dayandırılması adətən icra hakimiyyəti, din xadimləri və ağsaqqalların birgə təşəbbüsü ilə həyata keçirilir. 

Bakı şəhərində isə bu cür yerli birliklər zəifdir və vahid bir qərarverici orqan yoxdur. Bəzi hallarda isə yasda ehsan vermək həm dini borc, həm də adət-ənənənin vacib bir hissəsi kimi dəyərləndirilir.

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
1
cebheinfo.az

2Источники