RU

Vaşinqton görüşündən mühüm GÖZLƏNTİLƏR: ABŞ-Azərbaycan münasibətlərində YENİ MƏRHƏLƏ BAŞLAYIR

Xəbər veridiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşdə müzakirə olunacaq mövzular bəlli olub. Belə ki, sülh prosesinə dair yol xəritəsini müəyyən edən birgə bəyanat, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən əvvəlcədən razılaşdırılmış sülh sazişinin paraflanmas, hər iki ölkənin ATƏT-in Minsk Qrupundan rəsmi çıxışını təsdiqləyən birgə məktubun hazırlanması və həm ABŞ-Azərbaycan, həm də ABŞ-Ermənistan arasında münasibətlərin inkişafını nəzərdə tutan Anlaşma Memorandumlarının imzalanması nəzərdə tutulur. 

Bəs görəsən, görüşdə nəzərdə tutulan məsələlərdə razılaşmanın əldə olunacaqmı?  Özəlliklə. Zəngəzur dəhlizi məsələsində irəliləyiş əldə oluna bilərmi?

Mövzu ilə bağlı Sitat.info-nun suallarını cavablandıran Milli Məclisin deputatı  Arzuxan Əlizadə sabah tarixi əhəmiyyət kəsb edən bir görüşün baş tuta biləcəyini istisna etməyib: “Vaşinqton görüşü tarixi əhəmiyyət daşıya bilər. Vaşinqtonda baş tutacaq Azərbaycan-Ermənistan görüşündən gözləntilər kifayət qədər böyükdür. Hansı sənədlərin imzalanacağı ilə bağlı ehtimallar irəli sürülsə də, tərəflər hələlik rəsmi açıqlama verməyiblər. Sənədlərdən hər hansı biri imzalanarsa, bu görüşü tarixi görüş adlandırmaq  olacaq". 

A.Əlizadə vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik missiyasından rəsmi şəkildə imtina olunması gözlənilir: " Həmçinin, sülh müqaviləsinin çərçivə sənədinin imzalanması da nəzərdə tutulur. Təkcə Minsk qrupunun fəaliyyətindən imtina belə, bu görüşün tarixi xarakter daşımasına kifayətdir. Bu illər ərzində Minsk qrupu faktiki olaraq cinayətkarcasına fəaliyyətsiz olub. Onun fəaliyyətinə rəsmi şəkildə son qoyulması ciddi və müsbət bir addım olacaq. Digər həmsədr ölkələr — Rusiya və Fransa — artıq bu prosesdən özlərini kənara çəkiblər. Hazırda ABŞ təşəbbüsü öz üzərinə götürərək bu prosesdə əsas vasitəçi rolunu oynayır. Bu, həm də regionda Rusiyanın sıxışdırılıb çıxarılması prosesinin əsasını qoyur. Gələcəkdə ABŞ-ın Azərbaycanla daha sıx əməkdaşlıq edərək proseslərdə iştirak etməsi Azərbaycan diplomatiyasının uğurudur.  Ümumilikdə bu görüş regionda dayanıqlı sülh və sabitliyə doğru atılmış mühüm addım kimi qiymətləndirilir". 

Deputat hesab edir ki, artıq Azərbaycan-Amerika münasibətlərində yeni bir mərhələ başlayıb: "Bayden dövründə yaşanan soyuqluqdan sonra, artıq iki ölkə arasında münasibətlərin istiləşməsinin şahidi oluruq. Tramp Azərbaycan Prezidentinə bir neçə dəfə bayram təbriki məktubu göndərmiş və ikitərəfli əlaqələrin inkişafına dair mesajlar vermişdi. ABŞ artıq Azərbaycanın bölgədə öz gücü ilə yaratdığı reallıqları qəbul edir”.

A.Əlizadənin sözlərinə görə, görüş zamanı Zəngəzur dəhlizi ilə bağlı mühüm razılaşmanın əldə olunması ehtimalı da var: “ABŞ şirkətinin Zəngəzur dəhlizinin təhlükəsizlik və nəzarət mexanizmini üzərinə götürməsi məsələsi müzakirə mövzusu ola bilər. Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, ümumilikdə türk dünyasının maraq dairəsindədir". 

Nigar Əkbərova, 

Sitat.info

 

Избранный
42
50
sitat.info

10Источники