RU

Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçıları Şuşada oldular

Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçılarının Şuşaya ekskursiyası baş tutub, onlar milli musiqilərlə qarşılanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, gənclər İsa bulağını ziyarət etdikdən sonra tarixi və mənəvi əhəmiyyətə malik Cıdır düzünə toplaşıblar.

Onlara Şuşanın coğrafi mövqeyi, Cıdır düzünün tarixi və qədim dövrlərdən bəri oynadığı ictimai rol haqqında ətraflı məlumat verilib.

Daha sonra Yuxarı Gövhər Ağa məscidi, “Güllələnmiş heykəllər”, Şuşa qalasının Gəncə Qapısı, Xurşidbanu Natəvanın Ev Muzeyi, Xan qızı bulağı ziyarət edilib. Gənclər bu abidələrin hər birinin tarixi, memarlıq xüsusiyyətləri və işğal dövründə məruz qaldıqları dağıntılar barədə məlumatlandırılıb. Şuşa qalası haqqında verilən bilgilər xüsusilə maraq doğurub. Qala divarlarının tikilməsi və qorunması məqsədilə aparılan tədbirlər, tarixi dövrlərdə Şuşanın müdafiəsində oynadığı rol ətraflı izah olunub.

Избранный
39
10
publika.az

10Источники