Bakı. Trend:
Masallı rayonunun Qəriblər kəndində meşə massivində yanğın başverib.
Trendxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumatyayıb.
Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Masallırayonunun Qəriblər kəndində meşə massivində yanğın baş verməsibarədə məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından MühafizəXidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğıngenişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkanverilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1 ha sahədə quru ot və kol-kos yanıb.
Meşə zolağı yanğından mühafizə olunub",- deyə əlavə edilib.