RU

Böyük Britaniyanın keçmiş Baş naziri: Ölkədə son 60 ilin ən ağır yoxsulluğu yaşanır

London, 7 avqust, AZƏRTAC

Böyük Britaniyanın sabiq Baş naziri və keçmiş maliyyə naziri Qordon Braun ölkədə dərin sosial böhranın yaşandığını bildirib və hökuməti təcili tədbirlər görməyə çağırıb.

AZƏRTAC “BBC Radio 4”ə istinadla xəbər verir ki, Q.Braun iki uşaqdan artıq olan ailələrə sosial müavinət verilməsinə qoyulan məhdudiyyətin ləğv edilməsinin vacibliyini vurğulayıb. O, bu addımın maliyyələşdirilməsi üçün qumar oyunlarına tətbiq olunan vergilərin artırılmasını və bu yolla 3,2 milyard funt-sterlinq vəsaitin toplanmasını təklif edib. “Britaniyada sosial böhran dərinləşir. Minlərlə uşaq cəmiyyətin əsas axınından kənarda - ayrı-ayrı reallıqlarda yaşayır. Bu vəziyyətə dərhal müdaxilə olunmalıdır”, - deyə sabiq Baş nazir bildirib.

O, əlavə edib ki, ölkənin şimal-şərq bölgəsində uşaq yoxsulluğu səviyyəsi ən yüksək həddə çatıb və onun bir vaxtlar təmsil etdiyi dairədə bu göstərici artıq 40 faizə yaxınlaşıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
78
1
azertag.az

2Источники