RU

Ölüm dairəsində yenə qəza baş verdi “Hyundai”la “Chevrolet” toqquşdu VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtın Nərimanov rayonu, Böyükşor bulvarının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə sürücülük təlimçisi Arzu Babazdaə Avtosfer-az-ın “Whatsapp” adresinə videomaterial göndərib. Hadisə avqustun 7-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-CP-548 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobil, “Hyundai” markalı maşınla toqquşub. Təlimçinin sözlərinə görə, qəzaya səbəb sürüclərin diqqətsizliyi və avtomobili yüksək sürətlə idarə etmələri olub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Qeyd edək ki, sözügedən ərazidə tez-tez yol qəzaları baş verir. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
53
avtosfer.az

1Источники