RU

ABŞ-da federal məhkəmələrin elektron sistemi sındırıldı

  Naməlum hakerlər ABŞ federal məhkəmələrinin işlərin qeydiyyatı və təqdimatı üçün nəzərdə tutulan elektron sisteminə kiberhücum ediblər.

Referans  xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Politico saytı məlumat yayıb.

Saytın xəbərinə əsasən, bu hücum nəticəsində cinayət işləri və onların iştirakçıları ilə bağlı bəzi məlumatlar oğurlanıb.

Mənbələr qeyd ediblər ki, sızma nəticəsində şəxsiyyətləri gizli saxlanılan və təhlükəsizlik proqramları çərçivəsində qorunan şahidlər və informatorların şəxsi məlumatları oğurlana bilər. Hazırda ABŞ Ədliyyə Nazirliyi federal məhkəmələrlə birlikdə hücumun miqyasını müəyyənləşdirməyə çalışır.

Qırılan sistem iki əsas komponentdən ibarətdir: işlərin idarəolunması platforması (bu platformada tərəflər məhkəmə işləri ilə bağlı sənədləri yükləyirlər) və məlumatlara məhdud çıxış üçün nəzərdə tutulan ayrıca platforma. Sistem şahidlər və təqsirləndirilən şəxslərlə yanaşı, həbs və axtarış orderləri barədə məlumatlar da daxil olmaqla geniş hüquqi informasiyanı ehtiva edir.

Politico mənbələri xəbərdarlıq edirlər ki, bu məlumatlar cinayətkar dairələrin əlinə keçərsə, bəzi şəxslər ədalətdən yayına bilər.
Hazırda ABŞ hakimiyyət orqanlarının hücumun arxasında kimin dayandığına dair dəqiq məlumatı yoxdur.(Musavat.com)  

Избранный
83
referans.az

1Источники