RU

Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçıları Şuşada olublar (FOTO)

Bakı. Trend:

Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçılarının Şuşayaekskursiyası təşkil olunub. Burada gənclər bir sıra mühüm tarixi vəmədəniyyət abidələrini, görməli yerləri ziyarət ediblər.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, gənclər tarixi və mənəvi əhəmiyyətə malik Cıdırdüzündə olublar. Onlara Şuşanın coğrafi mövqeyi, Cıdır düzününtarixi və qədim dövrlərdən bəri oynadığı ictimai rol haqqındaətraflı məlumat verilib.

Daha sonra Yuxarı Gövhər Ağa məscidi, “Güllələnmiş heykəllər”,Şuşa qalasının Gəncə Qapısı, İsa bulağı, Natəvanın Ev Muzeyi, Xanqızı bulağı ziyarət edilib. Gənclər bu abidələrin hər birinintarixi, memarlıq xüsusiyyətləri və işğal dövründə məruz qaldıqlarıdağıntılar barədə bilgiləndiriliblər.

Şuşa qalası gənclərdə xüsusilə maraq doğurub. Qala divarlarınıntikilməsi və qorunması məqsədilə aparılan tədbirlər, tarixidövrlərdə Şuşanın müdafiəsində oynadığı rol ətraflı izaholunub.

Diaspor gənclərinə və Azərbaycana dost münasibəti bəsləyənxalqların nümayəndələrinə Qarabağla bağlı səhih məlumatlarınçatdırılması onların “yumşaq güc” kimi formalaşmalarına, ölkəmizintəbliğində və dezinformasiyaların qarşısının alınmasında iştiraketmələrinə töhfələr verilməsinə hesablanan addımlardır.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək DiasporGənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İşüzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgətəşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI YayDüşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundanəvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçınşəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədənümumilikdə 700-dən çox gənc qatılıb.

Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Избранный
10
11
az.trend.az

10Источники