Kənd qeydiyyatında olan uşaqları şəhər məktəbinə yerləşdirmək mümkündür
Teleqraf xəbər verir ki, bunu bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli deyib.
O bildirib ki, kənd qeydiyyatında olan uşaqları şəhər məktəbinə yerləşdirmək mümkündür.
“İlkin mərhələdə prioritet tətbiq edilən məktəblərdə yalnız qeydiyyat ünvanı məktəbin yerləşdiyi əraziyə uyğun olan uşaqlar qəbul olunurdu. Yəni valideynin və ya qanuni nümayəndənin qeydiyyatı həmin məktəbin ərazisi ilə üst-üstə düşməli idi. Şagirdlərin yerdəyişmə prosesində heç bir prioritet tətbiq olunmur. İndiki halda sərbəst formada həyata keçirilir”.