RU

Sabah səfərdən qalib qayıda biləcək?

Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah" Bolqarıstan klubu olan "Levski" ilə qarşılaşacaq. Görəsən, bu çətin mübarizənin qalibi kim olacaq? "Sabah" mərhələni keçə biləcək?

İdman eksperti Ramiz Mirzəzadə Metbuat.az-a açıqlamasında bildirib ki, bu mövsüm Valdas Dambrauskasın rəhbərliyi altında komanda yeni futbolçular və yeni sistemlə yola çıxıb.

Ekspertin sözlərinə görə, əvvəlki mərhələdə “Petrokub” üzərində həm səfərdə, həm də evdə əldə olunan inamlı qələbə azarkeşlərin komandaya olan inamını daha da artırıb:

““Sabah”ın xüsusilə hücum xətti çox effektiv təsir bağışlayır. Coy-Lens Mikelsin ardıcıl oyunlarda het-trik etməklə fərqlənib, Pavol Şafranko isə əla performans göstərib. Bu da hücum xətti haqqında yalnız ağız dolusu danışmağa əsas verir. Müdafiə xəttinin yenidən formalaşdırılması isə komandanın bəlkə də nisbətən zəif görünən tərəfidir. Çünki müdafiədə çıxış edən dörd oyunçunun demək olar ki, hamısı yenidir. Zedadka müdafiənin sağında yeni oyunçudur. Stiv Solvet mərkəzdə yeni simadır. İqor Noqeyra ötən mövsüm əsas heyətə düşmək uğrunda mübarizə aparırdı və yalnız Aminin zədələnməsi, Çaklanın müdafiənin sağına keçməsindən sonra əsas heyətdə yer ala bildi. Sol cinahda isə Boyan Letiç ötən mövsüm əsas heyət üzvü kimi görünmürdü. Ancaq bu mövsümün ilk oyunlarından sonra artıq Dambrauskas Letiçi sol cinahda oynatmağa başlayıb və müdafiə xətti sanki yenidən formalaşmağa başlayıb”.

R.Mirzəzadənin fikrincə, müdafiə xətti zamanla daha effektiv görünəcək:

“Son oyunda İqor Noqeyra “Petrokub”la matçda zədələndi və bu, işləri bir qədər çətinləşdirə bilər. Onun bu gün “Levski” ilə oyunda iştirak edib-etməyəcəyi barədə dəqiq məlumatım olmasa da, ümid edirəm ki, “Sabah”ın müdafiə xətti bu baxımdan ciddi əziyyət çəkməz. Yenə xüsusi qeyd etmək istəyirəm ki, “Sabah”ın ön xətt futbolçularının fərdi bacarığı və keyfiyyəti istənilən komandanı çətinə sala bilər. “Levski” tarixi və tanınmış Bolqarıstan klubudur. Amma buna baxmayaraq, “Sabah”ın bu oyunda növbəti mərhələ üçün sərfəli nəticə qazana biləcəyinə inanıram”.Qeyd edək ki, "Sabah"la "Levski" arasındakı oyun bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
1
metbuat.az

2Источники