RU

Qala qəsəbəsində bir nəfərin öldüyü qəza yerindən GÖRÜNTÜLƏR Üç yaralı evə buraxıldı

ain.az, Oxu.az saytına istinadən bildirir.

Bakının Xəzər rayonu, Qala qəsəbəsi ərazisində ötən gün baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Qeyd olunub ki, xəsarət alan yeddi nəfər Sabunçu Tibb Mərkəzinə aparılıb:

"Avqustun 6-sı saat 17:30-da Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeddi nəfər (beşi kişi, ikisi qadın olmaqla) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Yaralılara müştərək travma, qapalı kəllə-beyin və döş qəfəsinin travması, eyni zamanda, bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları diaqnozları təyin olunub.

1967-ci il (qadın), 1969-cu il (kişi) və 1990-cı il təvəllüdlü (kişi) şəxslərin vəziyyətləri ağır stabil qiymətləndirildiyindən Reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralı, 1990-cı il təvəllüdlü (kişi) şəxsin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən üç nəfər ambulator müalicə üçün evə buraxılıb".

Xatırladaq ki, Qala qəsəbəsi ərazisində "Ford" və "Range Rover" markalı avtomobillərin toqquşması nəticəsində "Ford" markalı avtomobilin sərnişini, 1994-cü il təvəllüdlü Ləman Elçin qızı Göyüşlü hadisə yerində dünyasını dəyişib.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
1
oxu.az

2Источники