RU

Hakan Fidan Suriyaya səfər edəcək

BAKI, 7 avqust. TELEQRAF

Bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "TRT-Haber" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, səfər çərçivəsində onun Suriya keçid dövrü Prezidenti Əhməd əl-Şaraa tərəfindən qəbul ediləcəyi gözlənilir.

Bildirilir ki, görüşdə Türkiyə və Suriya arasında əldə olunan irəliləyişlər dəyərləndiriləcək.

Tərəflər siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın gələcəkdə necə inkişaf etdiriləcəyini müzakirə edəcəklər.

Bundan əlavə, Suriyanın yenidən qurulması və ölkənin bərpasına yönəlmiş fəaliyyətlərin əlaqələndirilməsi də gündəmdə olacaq.

Избранный
81
50
teleqraf.com

10Источники