RU

Sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə və əhaliyə çağırış

Bakı.Trend:

Baş Dövlət Yol Polisi İdərəsi sərnişindaşıma fəaliyyəti göstərənşəxslərə və əhaliyə müraciət edib.

Trend xəbərverir ki, müraciətdə yay fəsli ilə əlaqədar paytaxt və bölgələrüzrə sərnişindaşıma fəaliyyətində artım müşahidə edildiyi qeydedilib.

"Lakin bu sahədə müəyyən olunmuş qaydaların pozulması bəzən ağıryol-nəqliyyat hadisələri ilə nəticələnir.

Baş Dövlət Yol Polisi İdərəsi bir daha sərnişindaşıma fəaliyyətgöstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlaradaşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasirstandartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirməyi,uzaq marşurutlar üzrə avtobuslara iki sürücü təhkim etməyi,reysqabağı sürücülərin tibbi müayinədən keçməsinə, nəqliyyatvasitələrinin isə texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarətolunmasını tövsiyə edib", - məlumatda deyilir.

Müraciətdə qeyd olunub ki, sərnişinlər də öz təhlükəsizliklərinəbiganə qalmamalı, qanunsuz sərnişindaşımada iştirakçıyaçevrilməməlidirlər:

"Nəzərə almaq lazımdır ki, qanunsuz daşımalar zamanı istismarolunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə lazımi qaydadanəzarət edilmir. Eyni zamanda, əksər hallarda bu işə müvafiqsürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayansürücülər cəlb edilir ki, onlar da reysqabağı tibbi müayinəsiaparılmır.

Dəyərli sərnişinlər! Səfərlərinizi təsadüfi şəxslərə etibaretməyin. Bu mənzil başına sağ-salamat çatmanızın öncədənsığortalanması deməkdir".

Избранный
48
49
az.trend.az

10Источники