Ət və süd məhsullarına qarşı allergiyaya səbəb olan yeni bir xəstəlik dünyada yayılmağa başlayıb.
Yenisabah.az xəbər verir ki, "Alpha-gal sindromu" adlanan bu xəstəlik gənə sancmasından sonra ortaya çıxır. İnsanı gənə sancdıqdan sonra, ət və süd məhsullarının qəbulu bədəndə allergik reaksiyalara səbəb olur. Bu reaksiyalar bəzən bir neçə saat sonra belə özünü göstərə bilər.
Mütəxəssislərin fikrincə, xəstəlik qida zəhərlənməsi ilə qarışdırıla bilər. Simptomlar arasında qaşınma, səpgi, qarın ağrısı, ürəkbulanma, ishal və ciddi hallarda nəfəs darlığı da ola bilər. Bəzi hallarda isə anafilaktik şok yaşanır. Pepperoni pizza
Araşdırmalara görə, Alpha-gal sindromuna səbəb olan əsas faktor “Lone Star” adlı gənə növüdür. Lakin artıq bu sindromun 6 qitədə də qeydə alındığı və fərqli gənə növləri vasitəsilə yayıldığı bildirilir. Xəstəlik ilk dəfə ABŞ-da aşkarlansa da, indi Avropa və digər bölgələrdə də müşahidə olunur.
Həkimlər xəbərdarlıq edirlər ki, bu allergiyanın hazırda konkret bir müalicəsi yoxdur. İnsanlar heyvani mənşəli qidalardan uzaq durmalı və gənə sancmalarından qorunmalıdır. İstifadə edilən qidaların tərkibi diqqətlə yoxlanılmalı və riskli hallarda epinefrin inyeksiyası (EpiPen) yanınızda olmalıdır.
Mütəxəssislər bu xəstəliyin necə yarandığını, niyə bəzi insanlarda daha şiddətli simptomlar verdiyini araşdırmağa davam edirlər.
Aytac Əliyeva
Telegram kanalımız