RU

Ermənistanda dövlət çevrilişi hazırlamaqda ittiham olunan arxiyepiskop Baqrata qarşı istintaq yekunlaşıb

Bakı. Trend:

Ermənistanın İstintaq Komitəsi “Müqəddəs mübarizə” hərəkatınınhəbs olunmuş lideri - arxiyepiskop Baqrat və onun 17 tərəfdarınaqarşı ilkin istintaqı yekunlaşdırıb və sonradan məhkəməyə təqdimolunması üçün materialları prokurorluğa göndərib.

Trend xəbər verirki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İyun ayının 25-də ümumi yurisdiksiya məhkəməsi arxiyepiskopBaqrat barəsində ilkin olaraq iki ay müddətinə həbs qətimkantədbiri seçib.

O, terror aktlarına hazırlıq və hakimiyyəti ələ keçirməyə cəhdittihamları ilə təqsirləndirilir. İyunun 24-də Ermənistanın başnaziri Nikol Paşinyan "Telegram" kanalında hakimiyyətyönümlü“Civic.am” portalında dərc olunmuş və “hakimiyyətin ələkeçirilməsinə hazırlıq” barədə məlumatların yer aldığı materialıpaylaşaraq, bu planı “şərəfsizlərin çevriliş cəhdi”adlandırmışdı.

Daha sonra Ermənistanda daha bir arxiyepiskop – Mikael həbsedilmişdi. Ona qarşı da hakimiyyəti zorla ələ keçirməyə çağırışittihamı irəli sürülüb.

Məqalədə:
Избранный
88
1
az.trend.az

2Источники