RU

Tramp Putin anlaşarsa, Zəngəzur dəhlizi ABŞ yə icarəyə verilə bilər ŞƏRH

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

“İranda rejim dəyişikliyi çox yaxın aylarda gerçəkləşəcək. Bundan sonra orada dünyəvi dövlət qurulacaq”

İran Zəngəzur dəhlizi ilə bağlı Ermənistana sərt xəbərdarlıq edib. "Past" qəzeti məlumat yayıb ki, İrəvanın Mehri üzərindən keçəcək dəhlizə nəzarəti ABŞ-yə verməyə razı olması Tehranda qəzəblə qarşılanıb. Nəşr xatırladıb ki, İranın ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayəti avqustun 5-də Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib və İranın buna sərt cavab verəcəyini vurğulayıb. 

Vilayəti bildirib ki, belə bir addım İranın sərt cavabı ilə üzləşəcək. Xatırladaq ki, avqustun 4-5-də Türkmənistanda işgüzar səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İranın vitse-prezidenti Məhəmmədrza Arif ilə görüşüb. İran rəsmisi qeyd edib ki, İranın qonşuluq siyasətində Ermənistanın xüsusi yeri var və Tehran-İrəvan münasibətləri möhkəm və sarsılmaz əsaslara söykənir. M.Arif əlavə edib ki, sülh regionun bütün ölkələrinin maraqlarına uyğundur və regional problemlərin həlli xarici dövlətlərin müdaxiləsi olmadan həyata keçirilməlidir. Ekspertlərə görə, İrəvan ABŞ-ni Cənubi Qafqaza gətirməklə Ermənistan-İran münasibətlərini təhlükə altına qoyur.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, bölgəmizdə ciddi proseslər gedir. Ekspert ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya rəhbəri ilə görüşünə diqqət çəkib: 

"Görüşdə Ukraynada atəşkəs rejiminin təmin olunması prioritet məsələ olsa da, Cənubi Qafqazda sabitliyin qorunması məsələlərinə də baxılacağı istisna edilmir. Eyni zamanda avqustun 8-də Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin Amerika Birləşmiş Ştatlarında üçtərəfli görüş keçirəcəyi deyilir. Görüş zamanı Azərbaycan və Ermənistan arasında sənəd imzalanacağı da gözləniləndir. Bu, ya çərçivə sazişi, yaxud hərbi əməliyyatların başlamayacağı barədə öhdəlik ola bilər. Hər hansı saziş imzalanarsa, mütləq mənada Zəngəzur dəhlizinin statusu müzakirə mövzusu olacaq. Dəhlizin açılması qaçılmazdır. Rusiya noyabr sazişi zamanı razılığını verib və rəsmi etiraz bildirməyib. İranın narahatlığı isə ilk gündən məlumdur. Bu yaxınlarda İranın dini rəhbəri A.Xameneyinin müşaviri Vilayəti səviyyəsində növbəti etiraz səslənsə də, bu, artıq zəif çağırışdır. Məsud Pezeşkian prezident seçildikdən onun aparatı tərəfindən Zəngəzur dəhlizi barədə bəyanatlar səsləndirilməyib". 

Analitik hesab edir ki, dəhlizin uzunmüddətli ABŞ-yə icarəyə verilməsi üçün ilk növbədə Tramp və Putin anlaşmalıdır: 

"ABŞ Ermənistana dəhlizin təhlükəsizliyini təmin etmək məqsədilə gəlirsə, bu o deməkdir ki, Qafqazda ABŞ-nin hərbi bazası yaradılmalıdır. Yəni bir-birinə əks mövqedə dayanan iki dövlətin bazası eyni məkanda fəaliyyət göstərməlidir. Regionda Türkiyə faktorunu da nəzərə alsaq, məsələ göründüyündən dəfələrlə mürəkkəbdir. İran isə özünü "yuyulmamış qaşıq" kimi ortaya atır. Artıq İranı ciddiyə alan yoxdur. İranda rejim dəyişikliyi çox yaxın aylarda gerçəkləşəcək. Bundan sonra orada dünyəvi dövlət qurulacaq. Bu isə bütün regionun xeyrinə olacaq prosesdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
22
sherg.az

10Источники