RU

Uşağı tez-tez öpmək, sevmək, əzizləmək - ELMİ SİRLƏR

Yazını böyüt
Yazını kiçilt

Ana öz övladını öpərkən sadəcə sevgi jesti ötürmür. Elmi olaraq sübut olunub ki, həmin an beyində möcüzəvi dəyişikliklər baş verir.

Hafta.az xəbər verir ki, Maqnit-rezonans tomoqrafiyası (MRT) göstərib ki, ana öpüşü zamanı həm ananın, həm də körpənin beynində işıq kimi parlayan aktivlik sahələri yaranır.

Ananın beynində sevinc və mükafat mərkəzləri aktivləşir. Oksitosin hormonu ifraz olunur və stress azalır. Beyin körpəni qorumağa yönəlir.

Həmin an körpənin ürəyi sakitləşir, bədəni rahatlaşır və stres hormonu azalır. Beyin isə sevgi və təhlükəsizlik siqnallarını yaddaşına yazır. Bir öpüşlə sevgi, güvən və bağ formalaşır. Buna sevginin neyrobiologiyası deyirlər.

Uşaqlarınızı tez-tez öpün, sevin və əzizləyin

Избранный
3
hafta.az

1Источники