RU

FHN-in Akademiyası hamam, ayaq, cib dəsmalları, corablar, mələfələr, başmaqlar ala bilmədi

Fövqəladə Hallar Nazirliyinin Akademiyası bir sıra malların alınması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, səbəbi isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Tenderin dəyəri 210 789 AZN olub. Buraya hamam, ayaq, cib dəsmalları, corablar, mələfələr, başmaqlar, yastıqlar və s. daxil olub.

 

Cabir

Tarix: 7 Avqust 2025, 08:15   
Избранный
44
pravda.az

1Источники