RU

Konfrans Liqası: "Araz-Naxçıvan" "Omoniya"ya, "Sabah" "Levski"yə qarşı

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
 
Moderator.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçiləri "Araz-Naxçıvan" və "Sabah" klubları növbəti sınaq üçün meydana çıxacaqlar.
 
Avrokubokların debütantı "Araz-Naxçıvan" bu mərhələdə Kiprin "Omoniya" komandası ilə üz-üzə gələcək.
 
Digər təmsilçimiz "Sabah" isə səfərdə Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaq.
 
Qeyd edək ki, UEFA Konfrans Liqasının bu mərhələsində ümumilikdə 29 qarşılaşma keçiriləcək.
 
UEFA Konfrans Liqası
 
III təsnifat mərhələsi, ilk oyunlar
 
7 avqust
 
20:00. "Araz-Naxçıvan" - "Omoniya"
 
Hakimlər: Andrjey Berka, İvo Nadvornik, Yan Vanya, Ondrey Pexanets
VAR: Tomas Koçurek
AVAR: Miroslav Zelinka (hamısı Çexiya)
Bakı, "Dalğa Arena"
 
22:00. "Levski" - "Sabah"
 
Hakimlər: Duye Strukan, Alen Yakşiç, Maryan Tomas, Ante Terziç
VAR: Mario Zebets
AVAR: Ante Çulyak (hamısı Xorvatiya)
Sofiya, "Georgi Asparuxov" stadionu.
 
Qeyd edək ki, cavab görüşləri avqustun 14-də keçiriləcək.
 
Избранный
45
11
moderator.az

10Источники