RU

Qanada helikopter qəzası - İki nazir öldü

BAKI, 6 avqust. TELEQRAF

Qananın helokopter qəzası zamanı müdafiə və ətraf mühit nazirləri həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının yaydığı məlumatda bildirilib.

Müdafiə Nazirliyinə məxsus helikopter havaya qalxdıqdan bir müddət sonra radarlardan itib. Qəza zamanı helikopterdə 3 heyət üzvü və 5 sərnişin olub.

Həlak olanlar arasında milli təhlükəsizlik üzrə koordinator və keçmiş kənd təsərrüfatı naziri də olub. Qanada matəm elan edilib və bayraqlar endirilib.

Избранный
74
1
teleqraf.com

2Источники