RU

Çində çikunqunya virusuna yoluxanların sayı 7000 i keçdi

Sfera.az saytından alınan məlumata görə, ain.az bildirir.

Çin Xalq Respublikasında çikunqunya virusuna yoluxma halları artmaqda davam edir. Ağcaqanadlar vasitəsilə yayılan bu virus son günlərdə ölkənin cənub vilayətlərində sürətlə yayılıb.

Sfera.az xəbər verirn ki, təkcə son bir həftədə Quandun vilayətində 3000-ə yaxın yeni yoluxma halı qeydə alınıb. Virusdan ən çox təsirlənən bölgə isə Foşan şəhəri olub.

Çikunqunya virusu qızdırma, baş və oynaq ağrıları ilə müşayiət olunur. Hazırda xəstələr yerli xəstəxanalarda müalicə alır, onlar ağcaqanadlardan qorunmaq üçün xüsusi torların altında saxlanılır.

Səhiyyə orqanları vətəndaşları ehtiyatlı olmağa, gigiyenik qaydalara ciddi riayət etməyə və ağcaqanad sancılarından qorunmaq üçün tədbirlər görməyə çağırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
57
1
sfera.az

2Источники