RU

ABŞ-da hərbi bazada atışma olub

ABŞ-ın Corciya ştatında yerləşən Fort-Styuart hərbi bazasında naməlum şəxs atəş açıb. Hadisə nəticəsində baza qismən bağlanıb. Bu barədə Associated Press agentliyi məlumat yayıb.

“Hazırda vəziyyət qiymətləndirilir, lakin atışma ilə bağlı insidentin baş verdiyini təsdiq edə bilərik”, — deyə polkovnik-leytenant Endjel Tomko bildirib.

Fort-Styuart ABŞ-ın ən iri hərbi bazalarından biridir və burada minlərlə hərbçi xidmət edir. Corciya ştatının qubernatoru Brayan Kemp hadisə yerində olan hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır.

Baza tərəfindən “Facebook”da (Meta şirkəti Rusiyada ekstremist elan olunub və qadağan edilib) yayılan məlumatda atışma nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisənin təfərrüatları açıqlanmır, vəziyyətin sabit olduğu qeyd olunur.

Qeyd edək ki, ötən ilin dekabrında da Corciya ştatındakı Fort-Eyzenhauer hərbi bazasında oxşar insident baş vermişdi. O zaman bazanın ərazisindəki yaşayış evində açılan atəş nəticəsində bir nəfər həyatını itirmişdi. Hadisəni törədən şəxslə bağlı məlumat verilməmişdi.

//Samir Qurbanov, Editor.az

Избранный
111
editor.az

1Источники