Ajans.az xəbər verir ki, bu sözləri AKP-nin sözçüsü Ömər Çelik partiyanın Mərkəzi Qərar və İdarə Heyətinin toplantısında bəyan edib. O, qanunsuz təşkilatların ləğv edilməli olduğunu vurğulayıb: "PKK-nın bütün uzantıları ilə silahı yerə qoymağa çağıran bu yanaşma ilə bağlı bəzi qeyd-şərtlər və etirazların olduğunu görürük. Bizim prinsipimiz, mövqeyimiz bəllidir. SDQ (PKK-nın Suriyadakı qolu-red.) adlı təşkilatla Suriya hökumətinin bir fəaliyyət planı var idi: silahı yerə qoyub təslim olmalıydılar". Ömər Çəlik Suriyanın milli suverenliyini pozan yanaşmaların müşahidə olunduğunu qeyd edib: "Bu, qəbul etməyəcəyimiz bir şeydir". AKP sözçüsü bildirib ki, Suriya hökuməti ilə SDQ arasında əldə olunan razılaşma həyata keçirilməsi mühüm məsələdir:
"Biz Terrorsuz Türkiyə prosesinin sabotaj edilməsinə icazə verməyəcəyik və lazım olanı edəcəyik".