Ermənistanın Armavir vilayətinin Djrarat kəndi yaxınlığında "Nissan" və QAZ-24 markalı avtomobillərin toqquşması nəticəsində bir erməni hərbçisi ölüb, daha üç hərbçi və bir neçə mülki şəxs yaralanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Shamshyan.com saytı məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyi insidenti şərh etməyib. Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir. Faktla bağlı cinayət işi açılıb./Oxu.az Pepperoni pizza
Telegram kanalımız