Qananın müdafiə naziri Edvard Omane Boamu və 'traf mühit, elm və texnologiyalar naziri İbrahim Murtala Məhəmməd daxil olmaqla səkkiz nəfər, Qana Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində həlak olub.
APA xəbər verir ki, bu barədə Qana Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Culius Debra məlumat verib.
"Helikopterdə olanların hamısı, yəni üç heyət üzvü və beş sərnişin həyatını itirib", – deyə Debranın qed edib.
Qəzada ölən sərnişinlər arasında iki nazir və milli təhlükəsizlik məsələləri üzrə koordinatorun müavini də olub.