RU

Henninq Berq: “Bakıda yaxşı oyun göstərmək istəyirik”

“Omoniya”nın baş məşqçisi Henninq Berq Konfrans Liqası 3-cü təsnifat mərhələsinin “Araz-Naxçıvan”la ilk oyunundan gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Kipr klubları arasındakı ilk qarşılaşma sabah Bakıda baş tutacaq.

Kipr təmsilçisinin baş məşqçisi Henninq Berq bu gün təşkil edilmiş oyundan öncəki mətbuat konfransında bunları söyləyib:

“Oyunu səbirsizliklə gözləyirik. “Torpedo”ya qarşı yaxşı oynadıq, yaxşı nəticə göstərdik. Eyni sözləri “Araz-Naxçıvan” haqda da deyə bilərəm. Evdə və səfərdə “Aris”ə qarşı yaxşı oynadılar. Sabahkı matçda yaxşı oynamalıyıq.

“Araz-Naxçıvan”ın keyfiyyətli, yaxşı futbolçuları var. Yaxşı komanda oyunu oynadılar. Həm də, çox yaxşı mübarizə apardılar. Komandanın enerjisi çox yüksəkdir. Deyərdim ki, əsas faktorlar bunlar idi.

Hər zaman oyunlarda komandalardan biri favorit olur. Amma məşqçilər və oyunçular üçün bu, bir az fərqlidir. Önəmli olan odur ki, komanda ən yaxşı formada olsun və ən yaxşı oyununu göstərsin. “Araz-Naxçıvan” yaxşı komandadır. Təsadüf deyilki, 2 gözəl oyun oynadılar. Onlar “Aris”dən üstün idilər. Sabahkı matçda əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq. Kim favoritdir, bu haqda danışmağın mənası yoxdur”.

Henninq Berq şansları dəyərləndirməkdən imtina edib:

“Riyazatçı deyiləm. Nəsə demək çətindir. İki çətin oyun bizi gözləyir. “Aris” “Araz-Naxçıvan”ı keçsəydi, əminəm ki, onlar favorit idilər. İndi onlar “Aris”i üstələyibsə, favorit kimdir? Bu məqamlar haqda düşünmək istəmirik. Sabahkı oyuna hazırlaşmaq istəyirik”.

Избранный
51
2
arena.az

8Источники