RU

Qananın müdafiə naziri helikopter qəzasında həlak olub

Qana Respublikasının müdafiə naziri Edvard Omane Boama helikopter qəzasında həlak olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Qana hökuməti məlumat yayıb.

Qananın prezident ofisinin məlumatına görə, müdafiə nazirindən başqa, ətraf mühit və elm-texnologiya naziri İbrahim Murtala Məhəmməd də helikopter qəzasında həlak olub.

Helikopterdə 3 ekipaj üzvü və 5 sərnişin olub.

Hadisənin detalları ilə bağlı hələlik məlumat yoxdur.

Избранный
79
4
nocomment.az

6Источники