RU

"Sabah"ı təhlil etmək üçün kifayət qədər vaxt sərf etdik" - "Levski"nin baş məşqçisi

style='margin-bottom:10px;'>

"Levski"nin baş məşqçisi Xulio Velaskes UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunlarında keçiriləcək "Sabah"la oyun haqda danışıb.

QOL.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib:

“Sabah” APOEL və "Braqa"dan daha az tanınır. Bu səhər futbolçulara dedim ki, əgər əvvəlki rəqiblərə qarşı olduğu kimi eyni məsuliyyətlə yanaşmasaq, bu bizim tərəfimizdən çox böyük səhv olar. Rəqib bizim hörmətimizə layiqdir. Onları təhlil etmək üçün kifayət qədər vaxt və enerji sərf etmişik. Ötən mövsümdəki bir çox futbolçusu bu mövsüm komandada çıxış etməyə davam edir. Onların istedadlı və yaxşı oyunçuları var. 

Əgər rəqibə topla oynamağa və meydanın son hissəsinə çatmağa icazə versəniz, onlar son dərəcə təhlükəlidirlər. Mən "Sabah"da fərdi oyunçuları yox, komandanı fərqləndirərdim. Meydanın son hissəsində topa sahib olmalarına icazə versəniz, sizə problem yaradacaqlar. Oyunçularıma, öz keyfiyyətlərimizə çox inanıram. Komandanın oyuna kökləndiyini və onların nə etməli olduqlarını aydın şəkildə dərk etdiyinə inanıram".

Избранный
127
8
teleqraf.com

10Источники