RU

Valideynlər bəzən övladlarını peşə məktəbinə yönəltməkdən çəkinirlər Ekspert

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Uzun illər ərzində peşə məktəbləri “aşağı səviyyəli” və “az imkanlı” təhsil ocağı kimi qəbul olunub. Cəmiyyətin, xüsusən də valideynlərin, peşə məktəblərinə qarşı bu düşüncəsi təhsil sahəsində arzuolunan inkişafın qarşısını alır. Valideynlər düşünür ki, övladları ali təhsil almasa, cəmiyyətdə yaxşı yer tuta bilməz, bu səbəbdən, övladlarını peşə məktəbinə yönəltməkdən çəkinirlər":

Bu fikirləri 525.az-a təhsil ekspert Kamran Əsədov deyib. O bildirib ki, peşə təhsilinə qarşı cəmiyyətdə mövcud olan mənfi münasibət bunun əsas səbəblərindən biridir. Peşə təhsilinə qarşı cəmiyyətdəki bu mənfi münasibət yalnız valideynlərə deyil, həm də işəgötürənlərə və dövlət qurumlarına aiddir. İşəgötürənlər peşə məktəbini bitirənləri işə götürməkdə çətinlik çəkir, çünki həmin şəxslərin praktiki biliklərinin zəif olduğunu düşünürlər. Bu isə, öz növbəsində, peşə məktəblərinin işçi qüvvəsinə uyğun tədris proqramlarının olmaması ilə bağlıdır:

"Tədris planlarının çox vaxt real iş mühitinə uyğun olmaması, tələbələrin öyrəndikləri bilik və bacarıqları iş yerində tətbiq etməkdə çətinlik çəkməsinə səbəb olur. Peşə məktəblərində tədris proqramlarının, avadanlıqların və təcrübə imkanlarının günümüzün tələblərinə uyğun olmaması da bu problemi daha da dərinləşdirir. Peşə məktəblərinin əksəriyyətində istifadə olunan texnologiyalar köhnəldiyindən tələbələr müasir iş bazarına hazır olmurlar. Nəticədə, məktəbi bitirənlər yalnız diplom əldə edir, lakin ixtisasın dərinliyini və incəliklərini tam öyrənmədən məzun olurlar”.

Sevinc Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
525.az

1Источники