RU

Sterlinq “Çelsi”dən gedir?

“Çelsi”nin vingeri Rahim Sterlinq yay transfer pəncərəsi bağlanmadan komandadan ayrıla bilər.

Msport.az xəbər verir ki, London klubu artıq 30 yaşlı futbolçunu əsas heyətdə görmədiyi üçün onunla yolları ayırmağa hazırdır.

İngiltərəli oyunçu “Çelsi”dən ayrılsa belə, karyerasını Londonda davam etdirmək niyyətindədir. Hazırda onun vəziyyətini “Vest Hem”, “Fulhem” və “Kristal Pelas” yaxından izləyir.

Sterlinq son mövsümü “Arsenal”da icarə əsasında keçirib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Избранный
3
msport.az

1Источники