RU

Şagirdlərin məktəb uğurunda valideynlərin rolu

Uşaqların sosial bacarıqları və şəxsiyyət inkişafı ailədə formalaşmağa başlayır. Bu səbəblə, təhsil prosesində valideynlərin rolu danılmazdır.


Pravda.az bildirir ki, şagirdin məktəb müvəffəqiyyətinə təsir edən təkcə zəka deyil, həm də daxili intizam, düzgün çalışma bacarığı və motivasiyadır. Bu amillərin inkişafı üçün isə ailənin dəstəkləyici və anlayışlı olması vacibdir.
 

Valideynlərin üzərinə düşən vəzifələr
 

Valideynlərin mühitdə sakitliyi qoruması, uşağı mühakimə etmədən dinləməsi və onu olduğu kimi qəbul etməsi vacibdir. Uşağın uğurlarını təqdir etmək, ona məqsəd və qərar vermə bacarığı qazandırmaq da əhəmiyyətlidir. Onlara seçmək haqqı vermək, kontrol edici deyil, dəstəkləyici yanaşmaq və yeniyetməlik dövrünü anlayışla qarşılamaq tövsiyə olunur.


Geniş yayılmış yanlış valideyn davranışları


Uşaqları başqaları ilə müqayisə etmək, daim tənqid etmək və yüksək gözləntilərlə təzyiq göstərmək motivasiyanı azalda bilər. Eyni zamanda, daim "oxu!" tələbləri, bütün əyləncədən məhrum etmək və uğursuzluğa görə sevgini şərtləndirmək də mənfi nəticələrə yol aça bilər. Valideynlər, uşaqlarına səhv etmə haqqı tanımalı və sevgilərinin uğura bağlı olmadığını göstərməlidir.


Valideynlərin qayğıkeş, anlayışlı və balanslı münasibəti, şagirdlərin akademik və psixoloji baxımdan daha sağlam inkişafına dəstək olur.


Əminə Bayramova 

Tarix: 6 Avqust 2025, 17:17   
Избранный
17
pravda.az

1Источники