ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Misirdə dəyəri bir milyard dollar olan qədim abidələr muzeyi açılacaq. O, piramidaların yaxınlığında yerləşəcək. Açılış tarixi isə 2025-ci il noyabrın 1-nə təyin edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg məlumat paylaşıb
Nəşrin məlumatına görə, muzey Giza piramidalarından bir mil (təxminən 1,6 km) məsafədə olacaq. Burada çoxsaylı sərgi zalları fəaliyyət göstərəcək, həmçinin 100 minə yaxın artefakt nümayiş olunacaq. Onların sırasında Tutanxamonun qəbrindən tapılmış əşyalar da var.
Əvvəlcə muzeyin açılışı iyulun 3-nə planlaşdırılırdı, lakin sonradan tarix dəyişdirildi.
İndi isə hər şey noyabrın 1-də baş tutacaq. Gözlənilir ki, muzeyin istifadəyə verilməsi turist axınını əhəmiyyətli dərəcədə artıracaq.
Rəsmi qurumların proqnozuna görə, muzey hər il 5 milyonadək ziyarətçi qəbul edə bilər.
Bu arada alimlər piramidalar barədə məşhur bir mifi də təkzib ediblər.
Məlum olub ki, onları qullar deyil, peşəkar işçilər inşa ediblər. Bu fakt mütəxəssislərin aşkarladıqları tapıntılarla, xüsusilə də piramidalarda aşkar edilmiş yazılarla sübut olunub.
Ayxan,
BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.