RU

Ermənistanda 3 hərbçi eyni gündə həyatını itirdi – Nə baş verir? 

Ermənistan hərbçiləri ölümlə nəticələnən qəza törədiblər.

KONKRET.az xəbər verir ki, bu barədə  Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, Armavirdə Marqara-Vanadzor avtomobil yolunun Crarat kəndinin körpüsündə “Nissan” və “QAZ-24” markalı avtomobillərin iştirakı ilə qəza baş verib.

Qəza nəticəsində 7 nəfər Vağarşapat Tibb Mərkəzinə çatdırılıb, onlardan biri dünyasını dəyişib. Ölən və yaralanan 3 nəfər Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlarıdır.

Faktla bağlı cinayət işi açılıb, cinayət işi başlanıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
68
19
konkret.az

10Источники