RU

İstanbulda Jennifer Lopez-in "Meet & Greet" görüşməsi son anda ləğv edildi – 1,5 milyon TL ödəyən pərəstişkarlara pul geri qaytarılacaq

İstanbulda Jennifer Lopez-in "Meet & Greet" görüşməsi son anda ləğv edildi – 1,5 milyon TL ödəyən pərəstişkarlara pul geri qaytarılacaqDünyaca məşhur ulduz Jennifer Lopez-in İstanbul Festivalı çərçivəsində planlaşdırılan xüsusi görüşməsi (Meet & Greet) son dəqiqədə ləğv olunub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, TemaCC əməkdaşlığı ilə 5 avqustda Festival Park Yenikapı-da səhnəyə çıxan Lopez-in konsertdən sonra seçilmiş pərəstişkarlarla kulisdə görüşəcəyi xüsusi tədbir gözlənilmədən iptal edilib.

Tədbir çərçivəsində məhdud sayda insan, hər biri 118 min TL dəyərində olan VIP biletlərlə konserti xüsusi zonadan izləmə və Lopez-lə birbaşa tanış olub xatirə şəkli çəkdirmə imkanı əldə edəcəkdi. Bu biletlərə xüsusi giriş və prioritet xidmətlər də daxil idi.

Lakin xüsusi kulis görüşməsi üçün bəzi qonaqlardan daha yüksək ödəniş tələb olunub. Gazete Magazinin məlumatına görə, əvvəlcə bu görüş üçün adam başı 180 min TL müəyyən edilmişdi, lakin yüksək maraq səbəbindən sayı 40 nəfərlə məhdudlaşdırılıb və qiymət 1,5 milyon TL-ə qədər yüksəldilib.

Böyük maraqla gözlənilən görüş Jennifer Lopez-in özünü yaxşı hiss etməməsi səbəbilə son anda ləğv olunub. İddialara görə, ulduz tədbir günü kulisə enməyib və qərarı təşkilatçı komandaya ən son anda bildirib.

Ləğv qərarının ardından təşkilatçılar bilet alan bütün qonaqlara pulun geri qaytarılacağını açıqlayıb. Hadisə həm sosial mediada, həm də festival iştirakçıları arasında narazılıq yaradıb. Bir çox istifadəçi bu qədər yüksək məbləğ ödəyən şəxslərlə bağlı daha şəffaf bir proses aparılmalı olduğunu bildirib.

Избранный
85
sonxeber.az

1Источники