RU

Azərbaycan bu ehtiyatlarının bir hissəsini investisiya etdi

  Azərbaycanın Beynəlxalq Valyuta Fondundakı (IMF) SDR (Xüsusi Borcalma Hüquqları) ehtiyatlarının bir hissəsi gəlir məqsədilə investisiya olunub.

Referans  xəbər verir ki, bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Qeyd edilib ki, 37,62 milyon SDR və ya 49 milyon ABŞ dolları Mərkəzi Bank tərəfindən valyuta ehtiyatlarının idarə edilməsi çərçivəsində əlavə

gəlirlilik məqsədilə digər maliyyə alətlərinə investisiya olunub. Nəticədə, ölkənin IMF-dəki SDR ehtiyatlarının həcmi 451,49 milyon SDR-dən 413,87

milyon SDR-ə enib.

AMB vurğulayıb ki, valyuta ehtiyatlarının idarə olunması çərçivəsində ilk dəfə olaraq 2024-cü ildən etibarən SDR ehtiyatlarının investisiyasına

başlanılıb. Bu yanaşma ehtiyatların daha səmərəli idarə olunmasına və əlavə gəlir imkanlarının reallaşdırılmasına xidmət edir.

Əlavə olunub ki, beynəlxalq bazarlarda əlverişli şərtlər yarandıqca, SDR vəsaitlərinin investisiyası təcrübəsinin gələcəkdə də davam etdirilməsi

nəzərdə tutulur.

Qeyd edək ki, SDR (Special Drawing Rights – Xüsusi Borcalma Hüquqları) IMF tərəfindən yaradılmış beynəlxalq ehtiyat aktividir. SDR real pul vahidi

deyil, lakin üzv ölkələr tərəfindən ehtiyat aktiv kimi saxlanılır və lazım olduqda ABŞ dolları, avro, funt-sterlinq, yen və yuan kimi valyutalara

çevrilərək istifadə oluna bilər. SDR-lər IMF tərəfindən üzv ölkələrə kvotaya uyğun şəkildə ödənişsiz təqdim olunur və bu vəsaitlər Mərkəzi Bankların

valyuta ehtiyatlarının bir hissəsini təşkil edir.(globalinfo)

Избранный
22
4
referans.az

5Источники