RU

Netanyahu Qəzzanın işğalı əmrini verə bilər

"The Times of Israel" xəbər saytının yaydığıməlumatagörə, sabah axşam saatlarında keçiriləcək iclasda Benyamin Netanyahu Qəzza zolağında hərbi əməliyyatların genişləndirilməsi və zolağın mümkün işğalı barədə planını diqqətə çatdıracaq.

Dünən siyasi və hərbi rəhbərliyin kiçik bir qrupu arasında baş tutmuş iclasda bu plan ətrafında müzakirələr aparılmış, İsrail Ordusunun Baş qərargah rəisi general-leytenant Eyal Zamir Benyamin Netanyahuya öz təkliflərini irəli sürmüşdü.

Hərçənd Eyal Zamir və daha bir çox ordu nümayəndəsi Qəzza zolağının bütünlükdə işğalına öz etirazlarını bildirsələr də,Baş nazirin sabahkı iclasda işğal əmrini verəcəyi gözlənilir.
Kan:"Qəzzanın işğalı ağır itkilərlə nəticələnə bilər"

Digər tərəfdən, adı çəkilməyən İsrail hərbçiləri bu gün ölkənin İctimai Yayım Şirkətinə ("Kan") açıqlamada vurğulayıblar ki, "İsrail Silahlı QüvvələriQəzza zolağının bütövlükdə işğalı planının həyata keçirməyə çalışarsa, bu, çox sayda itkilərə gətirib çıxara bilər".

"Eyni zamanda, nəzərə alsaq ki, İsrail Ordusu Qəzza zolağında əsirlərin saxlanıldıqları ərazilərdə əməliyyat aparmaqdan çəkinirlər, belə bir şəraitdə zolağı bütünlüklə ələ keçirmək cəhdi əsirlərin həyatı bahasına başa gələcək. Onları ya HƏMAS terrorçuları qəsdən qətlə yetirə, yaxud hərbçilərimiz bilməyərəkdən güllələyə bilərlər",- müsahiblər bildiriblər.

Firudin Həmidli
AzVision.az
Избранный
9
1
azvision.az

2Источники