Xaçmazda pomidor yetişdirən fermerlər ciddi çətinliklə üz-üzə qalıb. Sahələr məhsulla doludur, lakin alıcı tapılmır. Səbəb isə qiymətlərin kəskin aşağı düşməsidir.
"Xəzər Xəbər" xəbər verir ki, ötən il yeşiyi 15 manata olan pomidorun hazırkı qiyməti 5-6 manat arasında dəyişir.
Təsərrüfat sahibləri bildirir ki, ötən ilə Müqayisədə hazırkı qiymətlər onları qane etmir.
Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.
Daha ətraflı videomaterial “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.