RU

Arvadını amansızlıqla qətlə yetirən şəxsin növbəti məhkəmə prosesi keçirilib

Bakı.Trend:

Suraxanıda arvadını amansızlıqla qətlə yetirməkdətəqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə növbətiməhkəmə prosesi keçirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər məhkəməsində keçirilən prosesdəprokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxs həyat yoldaşının onaxəyanət etməsindən şübhələnib. Evə gələrək onunla Suraxanırayonundakı parka gedərək onu qətlə yetiri. Təqsirləndirilən şəxssonuncuya ümumilikdə 9 bıçaq zərbəsi endirib.

Sonra zərəçəkmiş şəxsin hüquqi varisi ifadə verib. O bildiribki, təqsirləndirilən şəxs mərhum bacısına hər zaçan qəddarcasınamünasibət göstərib. Onu öldürməsinə də xəyanəti bəhanə gətirib.

Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O qeyd edib ki,hadisəyə səbəb mərhum Sevinc Məhərrəmovanın ona xəyanət etməsiolub.

“Mən onun uşaqlıq dostum Elnurla sevgi münasibəti olmasındanşübhələnmişdim. Mənə xəyanət edib. İkinci uşağın atası mən deyiləm.Bu şübhə 11 il içimdə oldu. Sonra bu hadisə baş verdi. Cinayət işiüzrə özümü təqsirli bilirəm.

Məhkəmənin növbəti prosesi 1 oktyabrda keçiriləcək.

Qeyd edək ki, hadisə aprel ayında Suraxanı rayonunun Qaraçuxurqəsəbəsində baş verib. Qəsəbədə yerləşən parkların birində 39 yaşlıSevinc Məhərrəmova amansızca qətlə yetirilib. Hadisəni törətməkdəşübhəli bilinən qadının həyat yoldaşı 35 yaşlı Natiq Məhərrəmovsaxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işiaçılıb.

Natiq Məhərrəmova Cinayət Məcəlləsinin 120.2.2- ci (Xuliqanlıqniyyəti ilə adam öldürmə), 120.2.4-cü (Xüsusi amansızlıqla və yaümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq,silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadəedilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə,yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi iləmüşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb.

Məqalədə:
Избранный
32
9
az.trend.az

10Источники