RU

Boksçularımız MDB Oyunlarının hazırlığına başlayıblar

Bakı. Trend:

Yeniyetmə oğlan və qız boksçulardan ibarət Azərbaycan millisitəlim-məşq toplanışına başlayıb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, hazırlıq BakıBoks Mərkəzində keçirilir.

Bildirilib ki, toplanışa ölkənin ən güclüləri cəlb olunublar.Məşqlərdə əsas diqqət taktiki-texniki hazırlığa yönəlib.

Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət millimizpaytaxtda avqustun 15-dək hazırlıq keçəcək. Komanda toplanışınnövbəti mərhələsi üçün ölkə xaricinə yollanacaq. İlkin Ağayevin başməşqçisi olduğu qızlardan ibarət yığmanın məşqləri isə Bakıda davamedəcək.

Qeyd edilib ki, toplanış ölkəmizdə keçiriləcək III MDBOyunlarına hazırlıq xarakteri daşıyır.

Məqalədə:
Избранный
31
9
az.trend.az

10Источники