Meta şirkəti bu ilin əvvəlində WhatsApp platformasında 6,8 milyon hesabı silib.
Yenisabah.az xəbər verir ki, bu hesablar əsasən şübhəli fəaliyyət, fırıldaqçılıq və spam mesajlar səbəbilə bloklanıb. Şirkət bildirib ki, təhlükəsizliyin təmin olunması məqsədilə bu addımlar atılıb və istifadəçiləri narahat edən halların qarşısını almaq üçün əlavə tədbirlər də görülür.
Meta-nın yaydığı açıqlamaya görə, bu hesabların çoxu avtomatik sistemlər vasitəsilə müəyyən olunub və qabaqlayıcı şəkildə silinib. Hazırda şirkət platformadakı saxta fəaliyyətlərə qarşı daha sərt nəzarət mexanizmləri tətbiq edir. Məlumata görə, son iki il ərzində ümumilikdə 69 milyon hesab WhatsApp tərəfindən silinib. Onlardan 15,3 milyonu isə pozuntu baş vermədən öncə qabaqlayıcı tədbir kimi bloklanıb. Marqarita pizza
Hesabatlarda Hindistanın bu sahədə ən çox hesab silinən ölkə olduğu qeyd olunur. Təkcə 2025-ci ilin iyun ayında bu ölkədə 9,8 milyon hesab bloklanıb, 1,98 milyon hesab isə qabaqlayıcı şəkildə silinib. Şirkət bu addımlarla istifadəçilərin məlumat təhlükəsizliyini və platformanın etibarlılığını qorumağı hədəfləyir.
Aytac Əliyeva
Telegram kanalımız