RU

"Putinlə Tramp arasında görüşün uzun müddət baş tutmaması təəccüblü deyil"

Rusiya ilə ABŞ arasında münasibətlər Co Baydenin prezidentliyi dövründə misli görünməmiş dərəcədə pisləşdiyinə görə, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ lideri Donald Tramp arasında görüşün rekord dərəcədə uzun müddət baş tutmaması təəccüblü deyil. 

"Operativ Məlumat Mərkəzi-OMM" TASS- a istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Burada xüsusi bir vəziyyətdən danışmaq çətindir. Əvvəlki administrasiya dövründə bizim ikitərəfli münasibətlərimizdə misilsiz pisləşmə baş verdi”, - o bildirib.

Peskovun sözlərinə görə, Bayden dövründə Moskva ilə Vaşinqton arasındakı münasibətlərin səviyyəsi görünməmiş şəkildə aşağı düşüb və bu münasibətlərdə çoxsaylı qıcıq doğuran məqamlar toplanıb.

Qeyd edək ki, Trampın inauqurasiyasından 6 ay 16 gün keçməsinə baxmayaraq, onun Rusiya prezidenti ilə şəxsi görüşü hələ də baş tutmayıb. Əvvəllər ən uzun gözləmə müddəti də Putin və Tramp arasında olmuşdu, lakin bu, Trampın birinci prezidentlik müddətində idi və 5 ay 18 gün çəkmişdi.

Избранный
11
1
operativmm.az

2Источники