RU

ADA Universiteti regionlarda müasir və keyfiyyətli təhsilin əlçatanlığını genişləndirir (FOTO)

Bakı.Trend:

2 avqust tarixində Gəncə şəhərində “Yaradıcılıq, İnnovasiya vəSahibkarlıq” adlı layihənin ilkin mərhələsi yekunlaşıb. Bu layihəADA Universitetinin təşəbbüsü, ADA Universiteti Fondu və PaşaHoldinqin maliyyə dəstəyi ilə 2025-ci ilin iyun ayından etibarənregion gəncləri üçün həyata keçirilir.

Layihənin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayangənclərin rəqəmsal və süni intellekt savadlılığını artırmaq,yaradıcılıq potensialını üzə çıxarmaq, sahibkarlıq bacarıqlarınıinkişaf etdirməklə onların məşğulluq imkanlarını və əmək bazarındarəqabət qabiliyyətini yüksəltməkdir.

Mərhələli seçim prosesinin nəticəsində təlimlərə Gəncə şəhərindəyerləşən müxtəlif universitetlərdə təhsil alan 45 tələbə cəlbolunub. Hal hazırda təlim proqramı iki istiqamət üzrə aparılır -süni intellektin əsasları və süni intellektin incəsənətdə tətbiqi(AI4Art). AI4Art təlimləri Azərbaycan Respublikasının MədəniyyətNazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinindəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində iştirakçılara təqdim olunan əlavəimkanlardan biri onların ingilis dili biliklərinintəkmilləşdirilməsidir. Süni intellekt üzrə təhsilalan, lakin dil bilikləri zəif olan gənclər üçün əlavə ingilis dilidərsləri təşkil olunur. Həmçinin, süni intellekt üzrə təlimlərəhazırlıq mərhələsi kimi riyaziyyat və məntiq dərsləri də proqramdayer alır. Bu, texniki bilikləri məhdud olan, lakin bu sahədəpotensialı olan iştirakçılar üçün növbəti mərhələlərə keçid imkanıyaradır.

Dərslərlə yanaşı, sosial bacarıqları inkişaf etdirən seminarlar,mentorluq proqramı, istehsalat təcrübəsi və sosial məsuliyyətyönümlü fəaliyyətlər də nəzərdə tutulur. Bu komponentlər layihəninsistemli və hərtərəfli şəkildə həyata keçirilməsini təmin etməkbaxımından mühüm əhəmiyyət daşıyır.

Dərslər hibrid formatda — Gəncə şəhərində yerləşən Mir CəlalPaşayevin Muzeyində, Fizika, riyaziyyat və informatika təmayüllüliseyin nəzdində fəaliyyət göstərən Gəncə STEAM Mərkəzində əyanişəkildə və eyni zamanda onlayn formatda təşkil olunur.

Yeni seçim mərhələsi Sentyabr ayında elan olunacaqdır.

Qeyd edək ki, “Yaradıcılıq, İnnovasiya və Sahibkarlıq” layihəsiAzərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə və ADAUniversitetinin hazırlanmaqda olan 2025–2030-cu illəri əhatə edənStrateji Planına uyğun şəkildə regionlarda müasir təhsilə çıxışimkanlarının artırılmasına və yaradıcı, innovativ gənclərinyetişdirilməsinə xidmət edir.

ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
Избранный
159
2
az.trend.az

4Источники