RU

ABŞ-ın ən böyük bankları Trampa xidmətdən imtina ediblər: Görün kimlər təzyiq göstərib

ABŞ-ın ən böyük bankları “JPMorgan Chase” və “Bank of America”, Donald Tramp 2021-ci ilin yanvarında Ağ Evi tərk etdikdən sonra Co Bayden administrasiyasının, Federal Ehtiyat Sisteminin və digər tənzimləyicilərin təzyiqi ilə ona xidmət göstərməyi dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə “The New York Post” məlumatlı mənbələrə istinadən yazıb.

Onların məlumatına görə, imtinanın əsas səbəbi 2021-ci il yanvarın 6-da Kapitoliya binasına basqınla bağlı qalmaqal olub.

Nəşrin məlumatına görə, nəzarət orqanları kredit təşkilatlarını məlumatlandırıblar ki, o zaman keçmiş prezident olan Trampa məxsus vəsaitlərin saxlanması bankların “reputasiya riskləri” daşıyan hüquqi şəxslərlə qarşılıqlı əlaqəsini qadağan edən qaydalara əməl olunmaması ilə nəticələnə bilər.

Bankın top-menecerlərindən birinin qeyd etdiyi kimi, 6 yanvar hadisələrindən sonra Tramp “həssas subyekt” kimi qəbul olunmağa başladı və tənzimləyicilər onunla iş aparmağın arzuolunmazlığını açıq şəkildə göstərdilər.

Избранный
51
publika.az

1Источники