Ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki cəhdi yekunlaşıb.
AzEdu.az regionlar üzrə ümumi nəticəsi 680 baldan yuxarı olan abituriyentlərin siyahısını və fotolarını təqdim edəcək.
Yüksək bal toplayanların siyahısı üçün Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müraciət etdik.
İdarədən bildirilib ki, Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin məzunu Abdulsəmədli Orxan Fəxri 700 bal toplayaraq ən yüksək nəticəni əldə edib.
Balakən, Şəki və Qəbələ rayonları üzrə yüksək bal toplayan abituriyentlər aşağıdakılardır:
Balakən şəhər Amin Novruzov adına humanitar və texniki təmayüllü liseyinin məzunu Məmmədov Şahin İmran - 695 bal;
Qəbələ rayonu Daşca kənd tam orta məktəbinin məzunu Mahmudova Səmra Xaqani qızı - 692,6 bal;
Qəbələ şəhər 4 nömrəli məktəbinin məzunu Ədilova Nurgül Fərman qızı- 684 bal;
Qəbələ rayonu Soltannuxa məktəbinin məzunu Baxışlı Şəfəq Mənsur - 684 bal;
Şəki rayon orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin məzunu Mustafazadə Ümid İsmət- 683 bal;
Şəki şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbinin məzunu Əkbərova Nigar Murad qızı- 681,5 bal.