“Qəbələ” Abdullahi Şuaybu ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, nigeriyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Abdullahi “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.